Əmək funksiyaları
• Sığortaçının risk profilini və risklərin idarə edilməsi sisteminin effektiv işləməsini təmin etmək və bu barədə rəhbərliyə mütəmadi məlumat vermək.
• Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq və yeniləmək.
• Riskin ölçülməsi modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək və nəticələr üzrə təhlillər aparmaq.
• Sığortaçının maliyyə dayanıqlılığı və risklərin limitlər daxilində qalmasına nəzarət etmək.
• Risklərin vaxtında müəyyən edilməsi və tədbir görülməsi üçün erkən xəbərdarlıq sistemlərini qurmaq və idarə etmək.
• Strateji layihələr, böyük investisiyalar və sığortaçının yenidən təşkili ilə bağlı riskləri qiymətləndirmək və rəhbərliyə məsləhətlər vermək.
• Hər bir struktur bölmə üzrə risk limitlərini izləmək və ümumi risklərin müəyyən edilmiş çərçivədə qalmasına nəzarət etmək.
Tələblər
• Maliyyə, hüquq ixtisası üzrə ali təhsil;
• Risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik peşəkar iş təcrübəsi;
• Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;
• MS Office proqramlarından, xüsusilə Word və Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
• Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;
• Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;
• Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı;
İş şəraiti
• İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
• Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
• Tibbi sığorta təmin olunur
• Əmək haqqı: Razılaşma yolu ilə
• İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Əlaqə məlumatları
Maraqlanan şəxs, mövzuda "RİSKLƏRİN İDARƏEDİLMƏSİ” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.