Tikinti-montaj risklərin sığortası

Тikinti, təmir, yenidənqurma, quraşdırma və s. ilə bağlı mümkün risklərdən hərtərəfli müdafiə

Tikinti-montaj risklərin sığortası

Bu sığorta növü aşağıdakı şəxslərə maraqlı olacaq:
• Sifarişçilər/Tikinti şirkətləri
• Podratçılar/Subpodratçılar

Tikinti-montaj işlərini yerinə yetirərkən inşaatçı (podratçı) tikinti sahəsinə, tikinti materiallarına və quraşdırılmış avadanlıqlara, üçüncü şəxslərin əmlakına, insanların həyat və sağlamlığına ziyan vurmasına səbəb ola biləcək gözlənilməz hallarla hər zaman üzləşə bilər.

Bu itkiləri kompensasiya etmək və xərclərinizi minimuma endirmək üçün bizimlə tikinti-montaj risklərinin sığortası müqaviləsi bağlayın.

Tikinti-montaj risklərinin sığortası tikinti obyektləri ilə bağlı gözlənilməz hadisələrdən qorunmaq üçün etibarlı vasitədir.

Bu sığorta növü kompleks bir məhsuldur və adətən iki bölmədən ibarətdir:

“Maddi ziyan”

“Maddi ziyan”

  • “Maddi ziyan” bölməsi tikinti obyektlərinin sığortasını nəzərdə tutur.
    Onlar adətən “bütün risklərdən” sığortalanır, yəni sığorta təminatı onların Müqavilə və Sığorta Qaydaları ilə istisna olunmayan hər hansı gözlənilməz və qəfil hadisələr nəticəsində məhv olmasını və ya zədələnməsini əhatə edir.

    Həmçinin, bu bölmə üzrə aşağıdakı tikinti obyektləri də sığortalana bilər:
    • tikinti meydançasında və ya onun yanında yerləşən, podratçının və ya inşaatçının mülkiyyətində və ya idarəçiliyində/nəzarətində/məsuliyyətində olan və tikinti-montaj işləri zamanı zədələnə bilən mövcud bina və tikililər;
    • tikinti meydançasında yerləşən müvəqqəti tikililər (məişət düşərgələri, emalatxanalar, anbarlar);
    • tikinti avadanlığı: tikinti və montaj işlərini yerinə yetirmək üçün podratçı tərəfindən istifadə olunan mexanizmlər və maşınlar, xüsusi nəqliyyat vasitələri.
“Məsuliyyət sığortası”

“Məsuliyyət sığortası”

  • “Məsuliyyət sığortası” bölməsi üzrə sığorta təminatı tikinti, montaj və istismara vermə işləri zamanı üçüncü şəxslərin əmlakına, həyatına və ya sağlamlığına dəymiş zərərin ödənilməsini əhatə edir.

Müraciət forması

Müraciətiniz qəbul olundu
+994