Səfər sığortası

Bizimlə səyahət etmək daha təhlükəsizdir!

Səfər sığortası

Ölkəmizin hüdudlarından kənara dincəlməyə və ya iş səfərinə gedərkən özünüzü qəfil xəstələnmə və ya bədbəxt hadisəyə uğraması ehtimalından öncədən lazımi dəstəklə təmin etmək vacibdir. Bu təminatı “A-Qroup”-a etibar edin. Yerləşdiyiniz məkanın nə qədər uzaq məsafədə olmasından asılı olmayaraq, “A-Qroup” təcili yardım təşkil olunmasına zəmanət verir.

Sığorta müqaviləsində göstərilmiş telefon nömrələri vasitəsilə Siz Assistance xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Yer kürəsinin hətta ən uzaq nöqtəsində belə bizim Sığortalımız etibarlı əllərdədir!

Bizdən səfər sığortası şəhadətnaməsi əldə etməklə Siz aşağıdakı təminatları əldə etmiş olursunuz:

  • Tibbi xərclər (xəstəxanada stasionar və ya ambulator müalicə xərcləri, əməliyyatlar, dərmanlar və s. xərclər)

  • Tibbi-nəqliyyat xərcləri (Sığorta olunanın xəstəxanaya çatdırırılıb yerləşdirilməsi)

  • Repatriasiya xərcləri

  • Servis mərkəzinin yardımın təşkili ilə əlaqədar sığorta qaydalarında nəzərdə tutulmuş xərcləri

  • Nəqliyyat xərcləri (Zərurət yarandığı hallarda sığorta olunanın və ya onunla səyahət edən və sığorta hadisəsi nəticəsində nəzarətsiz qalmış uşaqlarının daimi yaşadığı ölkəyə ekonom sinif nəqliyyatı ilə bir tərəfli gedişi üçün çəkilən xərclər)

Müraciət forması

Müraciətiniz qəbul olundu
+994