“FƏRQLİ”

Eksklüziv tibb sığorta proqramı

“FƏRQLİ”

“FƏRQLİ” tibbi sığorta proqramının sahibləri eksklüziv xidmətə malikdirlər, çünki bu proqram müəyyən xəstəliklərin müalicəsi və xidmətlərin göstərilməsi ilə məhdudlaşmır, Sığortalıların sağlamlığına hərtərəfli qayğı göstərir. Bu proqram həm fərdi həm də korporativ müştərilər üçün nəzərdə tutulub.Sığorta haqqı sığorta olunanın yaşı və sağlamlıq vəziyyətinə uyğun müəyyənləşdirilir. “FƏRQLİ” sığorta proqramı 100 000 AZN hədində tibbi xidmətlərin təminatını əhatə edir. Qruplar üçün endirimlər nəzərdə tutulub. Sığorta proqramı Sığortalının istəyinə uyğun olaraq müəyyən təminatların istisna edilməklə sadələşdirilə bilər (bu halda sığorta haqqı da müvafiq olaraq azaldılır).

“FƏRQLİ” proqramına daxildir:

  • 100 000 AZN sığorta təminatı

  • Təcili tibbi yardım

  • Ambulator müalicə

  • Stasionar müalicə

  • Ambulator müalicə zamanı dərman təchizatı ilə təminat

  • Tibbi göstəriş ilə fizioterapiya

  • Tibbi göstəriş ilə masaj

  • Təcili vaksinasiya (quduzluq, tetanus və s.)

  • İldə bir dəfə qripə qarşı profilaktik vaksinasiya

  • Uşaqlar üçün planlı vaksinasiya (AR Səhiyyə Nazirliyin cədvəlinə əsasən)

  • Xarici ölkələrdə tibbi müayinə

  • Onkoloji xəstəliklərin müayinəsi və müalicəsi

  • Aşağı ətrafların varikoz genişlənməsi zamanı müalicə

  • Şəkərli diabetin müayinəsi və müalicəsi

  • B və C hepatitlərin müayinəsi və müalicəsi

  • Həkim təyinatı ilə optik eynəklər/və ya kontakt linzalar

  • Angioqrafiya

  • Görmə qabiliyyətinin lazer korreksiyası

  • Ortodontik müalicə

  • Bir valideynin xəstə uşağın yanında qalması

  • Dərmanların evə çatdırılması

  • Həkimlərin ev şəraitində müayinəsi

  • Sığorta dövrünə qədər mövcud olan və xroniki xəstəliklərin müalicəsi

və PULSUZ Check-Up:

  • Terapevtin müayinəsi

  • EKQ

  • Döş qəfəsinin rentgen müayinəsi

  • Qanın ümumi analizi

  • Sidiyin ümumi analizi

  • Qarın boşluğu USM

  • Xolesterin

  • Şəkər

  • Hepatit B və C müayinəsi

  • Nəcisdə gizli qan müayinəsi (onkoloji)

  • PSA-Prostat xərçəngi müayinəsi (onkoloji) / CA-125 yumurtalıqların və uşaqlığın xərçəngi (onkoloji)

“FƏRQLİ” sığorta proqramının üstünlükləri:

  • Yalnız ən yaxşı klinikalarda müalicə

  • Yüksək komfortlu palatalar

  • Plomb sayı məhdudiyyəti olmadan terapevtik stomatologiya

  • İldə 2 dəfə dişlərin planlı təmizlənməsi

  • B və C hepatitlərinin müalicəsi

  • Bədxassəli və qan xəstəliklərinin müalicəsi

  • Diabetin, damarların varikoz genəlməsinin müalicəsi

  • Qanın efferent metodlarla təmizlənməsinin tətbiqi

  • Dərmanların evə çatdırılması

  • Həkimlərin ev şəraitində müayinəsi

  • Müalicəvi masaj

  • Fizioterapiyaya limitin olmaması

  • Refraksiya pozğunluqlarının cərrahi müalicəsi

  • Tibbi göstərişlə eynək çərçivələri

  • Xarici ölkələrdə tibbi müayinə

  • 5 milyon dollara qədər həkimin peşə məsuliyyətinin sığortası

  • Bədbəxt hadisələrdən sığortalanma

  • Xarici ölkələrə səfər edənlərin illik sığortası

  • Qısaldılmış istisnalar siyahısı

Müraciət forması

Müraciətiniz qəbul olundu
+994