Əmək funksiyaları
• Satış bloklarından daxil olan sorğuları cavablandırmaq;
• Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq, dəyərləndirmək və müvafiq riski qəbul və ya imtina etmək;
• Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtləri müəyyən etmək;
• Aktuari və birbaşa rəhbəri ilə sığorta növləri üzrə portfelin təhlilini aparmaq;
• Risklərin təkrarsığortaya ötürülməsi ilə bağlı fakultativ və obliqator müqavilələri, borderoları, əlavələri hazırlamaq;
• Yeni sığorta qaydalarının, şərtlərin hazırlanmasında iştirak etmək;
• Sığorta məhsullarının hazırlanmasında iştirak etmək.
Tələblər
• Ali təhsil;
• Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmaq;
• Azərbaycan dilini əla, İngilis dilini orta və rus dilini orta səviyyədə bilmək;
• Kompüter proqramlarından istifadə etmək bacarığı (MS Office –Word-orta, Excel-orta səviyyədə);
• Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üzrə ən azı 1 il iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti, riyazi hesablama bacarığıvə işində diqqətli olmaq.
İş şəraiti
• İş rejimi: 5 günlük, 09.00-18.00
• Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
• Tibbi sığorta qarşılanır.
• Əmək haqqı: razılaşma yolu ilə
Əlaqə məlumatları
Maraqlanan şəxs, mövzuda “Qeyri-tibbi sığorta növləri üzrə Anderraytinq və Təkrarsığorta üzrə mütəxəssis” qeyd etməklə
CV-ni [email protected] email ünvanına göndərə bilər.