Komplayens şöbəsinin əməkdaşı

Əmək funksiyaları

•    Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı riskləri müəyyən etmək və bu barədə hesabatlar hazırlamaq.

•    Komplayens risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üçün daxili prosedurlar hazırlamaq və tətbiqini təmin etmək.

•    Siyasət və qaydaların inventarizasiyasını aparmaq və onların düzgün icrasına nəzarət etmək.

•    Əməkdaşlar üçün komplayens risklərinə dair təlim proqramları hazırlamaq və icrasını təşkil etmək.

•    Maraqlar münaqişəsini müəyyənləşdirmək və dövri olaraq qiymətləndirmək.

•    Yeni məhsul və xidmətlərin qanunvericiliyə uyğunluğunu qiymətləndirmək və uyğun rəyin alınmasını təmin etmək.

•    Sanksiyalar, məhkəmə qərarları və tənzimləyici göstərişlərin icrasına nəzarət etmək və bu barədə müvafiq komitələrə hesabat təqdim etmək.

Tələblər

•    Hüquq ixtisası üzrə ali təhsil;

•    Maliyyə sektorunda, xüsusilə hüquqi funksiyalar sahəsində ən azı 4 illik peşəkar iş təcrübəsi;

•    Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;

•    MS Office proqramlarından, xüsusilə Word və Excel-dən orta səviyyədə istifadə bacarığı;

•    Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;

•    Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;

•    Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı;

İş şəraiti

•    İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00

•    Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir

•    Tibbi sığorta təmin olunur

•    Əmək haqqı: Razılaşma yolu ilə

•    İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3

Əlaqə məlumatları

Maraqlanan şəxs, mövzuda “KOMPLAYENS” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

CV -ni bizə göndərin

Müraciətiniz qəbul olundu
+994